Ukraynanın sərhədindən təxminən 900 mil uzaqlıqda, şənbə günü Rusiyadakı bir neft emalı zavodunda yanğın baş verib. Ölkənin təhlükəsizlik xidmətlərindən olan mənbələrin bildirdiyinə görə, yanğın Ukraynanın uzaq məsafəli dronları ilə hücumunun nəticəsi olaraq son bir ayda həmin zavodda baş verən üçüncü yanğındır.

Bu, Ukrayna və Rusiya arasında intensivləşən enerji müharibəsinin növbəti epizodudur.
Başkortostanda, cənubi Ural dağlarında yerləşən bir Rusiya bölgəsindəki Ufa emal zavodunun ətrafından çəkilən videolarda hücumdan sonra zavoddan qalxan qara tüstü sütunu görünür. Bu zavod ölkənin ən böyük neft emalı müəssisələrindən biridir.
Mənbə: CNN
Tərcümə etdi: Nərmin Nəcəfova
