ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahawk” tipli qanadlı raketlər göndərməyi nəzərdən keçirir. O bildirib ki, bu addım Rusiyaya qarşı “təcavüzdə yeni mərhələ” olacaq.

“Air Force One” təyyarəsində Trampdan soruşulub ki, “Tomahawk” raketlərini Ukraynaya göndərəcəkmi, o, cavab verib: “Baxarıq… ola bilər.”
Bu, Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında həftəsonu baş tutan ikinci telefon danışığından sonra baş verir. Zelenski Rusiyaya qarşı əks-hücumlar başlatmaq üçün daha güclü hərbi imkanlar tələb edib.
Moskva əvvəllər Vaşinqtonu Ukraynaya uzaqmənzilli raketlər verməmək barədə xəbərdar edib. Rusiya bildirib ki, bu, münaqişədə ciddi gərginliyə səbəb ola və ABŞ-Rusiya münasibətlərini daha da pisləşdirə bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
