Bu gün:

Günəbaxan bitkisinin faydaları nələrdir?


Bitki yağları dedikdə ağla gələn ilk yağlardan biri də günəbaxan yağıdır. Qızartmalarda, salatlarda, yeməklərdə, şirniyyatlarda, bir sözlə hər şeydə istifadə edilən günəbaxan yağı daha sərfəli qiymətə satıldığı üçün  hamı tərəfindən üstünlük verilən bitki yağlarından biridir. 

Günəbaxan toxumu nə üçün faydalıdır?

İnsanlar arasında geniş yayılan məlumatlardan biri də günəbaxan tumunun yüksək kalorili olmasıdır. Araşdırmalar görə, 100 qram günəbaxan tumunun kalorisi 582 kaloriyə bərabərdir. Lakin normal miqdarda qəbul edildikdə günəbaxan toxumunun faydalarından da bəhs etmək olar.

Günəbaxan toxumu stresin aradan qaldırılmasına kömək edir. Təbii antidepresan kimi fəaliyyət göstərən günəbaxan tumları yaddaşı gücləndirməyə və unutqanlığa faydalıdır. Günəbaxan tumlarının tərkibi E vitamini, fol turşusu, B5 və B1 vitaminləri ilə zəngindir və bu onların təbii vitamin anbarı olmasına səbəb olur.

Günəbaxan tumlarının tərkibindəki yağ səviyyəsi xolesterini dəstəkləyən bir yağ olduğundan, günəbaxan tumunun yağından istifadə daha faydalıdır. Ancaq xolesterolu dəstəkləsə də, eyni zamanda xolesterol xəstələri tərəfindən çox diqqətli şəkildə istifadə edilməlidir.

Günəbaxan toxumunun təzyiqi tənzimləməsi onu qan təzyiqi üçün də faydalı edir. Günəbaxan tumları tam maqnezium anbarıdır, yəni immunitet sistemini gücləndirmə kimi təsirə də malikdir.

Günəbaxan tumunun zərərləri nələrdir?

Əgər günəbaxan tumları normadan çox qəbul edilərsə, çəki artımına səbəb olacaq. Günəbaxan tumları kalorisi yüksək olan qidalardan biri olduğu üçün ehtiyatla qəbul edilməlidir. Həddindən artıq qəbul halında regional yağlamaya səbəb ola bilər. Qaraciyərin yağlanmasına təsir kimi xüsusiyyətlərə malik olmaqla yanaşı, zərərlərindən biri də dəridə sızanaqların yaranmasına səbəb olur.

Mənbə: Habertürk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et