ABŞ Prezidenti Donald Tramp, Qəzzədə qüvvəyə minən atəşkəsdə rol oynayan ölkələr arasında Türkiyənin əhəmiyyətinə diqqət çəkərək, “Prezident Rəcəb Tayyib Ərdoğan əla idi, həqiqətən çox kömək edib. Çünki o, çox hörmət edilən bir şəxsdir. Onun çox güclü bir milləti və çox güclü bir ordusu var” — deyib.
Tramp bu fikirləri Qəzzədə əldə olunan atəşkəs razılaşmasına dair bu gün keçiriləcək Şarm əl-Şeyx Sülh Zirvəsinə qatılmaq üçün Misirə uçarkən jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Prezident bildirib ki, Qəzzədə atəşkəsin əldə edilməsində Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir çox müsəlman ölkəsinin böyük rolu olub:
“Bu arada, Türkiyə də əla idi. Prezident Ərdoğan əla idi, həqiqətən çox kömək edib. Çünki o, çox hörmət edilən biridir. Onun çox güclü bir milləti və çox güclü bir ordusu var”.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
