Bu gün:

Misir sammitindən atəşkəs üçün mühüm addım


ABŞ-nin Yaxın Şərq üzrə analitiki Misirdə keçirilən sammiti Qəzzadakı atəşkəsin davamlılığını təmin etmək baxımından “əhəmiyyətli” adlandırıb. 

San-Fransisko Universitetindən Stiven Zunesin sözlərinə görə, bu dəfə atəşkəsin daimi olması üçün ciddi səylər göstərilir və əvvəlki razılaşmadan fərqli olaraq, Netanyahunun onu pozması daha çətin olacaq. 

Bazar ertəsi Şarm əl-Şeyxdə keçiriləcək sammitdə Donald Trampın razılaşmanın imzalanmasına rəhbərlik edəcəyi gözlənilir. 

Mənbə: Al Jazeera 

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et