Bu gün:

Lavanda bitkisinin faydaları nələrdir?


Təbiətdəki bəzi bitkilər həm gözəl qoxuya sahib olması, həm də faydaları ilə göz önündə olmuşdur. Lavanda belə xüsusiyyətlərə malik bitkilərdən biridir. Məhz buna görə də, lavanda tarlaları yaz mövsümündə ziyarətçilərlə dolu olur. Aralıq dənizi bölgəsində yaranan bu bitkinin zahiri görünüşü kolu xatırladır. Sağlamlıqdan əlavə, kosmetika sektorunda da istifadəsinə çox vaxt üstünlük verilir.

Lavanda aromatik bitkilər arasında ən çox üzərində araşdırma aparılan bitkilərdən biridir. Geniş əkin sahəsinə malik olan lavandanın dağlıq ərazilərdə yetişdirilir. Həm təzə, həm də qurudulmuş halda istifadə edilən lavanda bitkisindən tibb sahəsində də istifadə edilir.

Lavanda çayının faydaları nələrdir?

  • Lavanda çayı stressə yaxşı gəlir
  • Gərginliyi aradan qaldırmağa kömək edir
  • Revmatizm ağrılarına yaxşı gəlir
  • Yuxu problemini azaltmağa kömək edir
  • Sinir sisteminə xeyirlidir
  • Qan təzyiqini tarazlaşdıran xüsusiyyətə malikdir
  • Mədə və bağırsaq sağlamlığına faydalıdır
  • Lavanda çayı iştah açan xüsusiyyətə malikdir.
  • Dərinin sağlamlığı üçün yaxşıdır
  • Dəridə sızanaqlara qarşı müalicəvi xüsusiyyətlərə malikdir
  • Qaraciyərin sağlamlığına müsbət təsir göstərir
  • Lavanda çayı təmiz saçlarda istifadə olunarsa, saç köklərini qidalandırma kimi xüsusiyyətə malikdir

Lavanda çayının zərərləri nələrdir?

Lavanda yağı bəzi insanlarda allergik problemlərə səbəb ola bilər. Bu allergik reaksiyalar qusma, titrəmə və başgicəllənmə kimi özünü büruzə verə bilər. İştah açan xüsusiyyətə malik olduğu üçün çəki artımını sürətləndirə bilər.

Lavanda çayının üz sağlamlığı üçün faydaları nələrdir?

Lavanda bitkisinin tərkibi antiseptik xüsusiyyətə malikdir. Buna görə də lavanda çayının qəbulu üzə bir çox müsbət faydalar verir. Lavanda çayının müntəzəm şəkildə istifadəsi dəridəki səpgiləri və qızartıları sağaltmağa kömək edir. O, həmçinin yaş ilə bağlı qırışları azalda bilir.

Lavanda çayının mədə sağlamlığı üçün faydaları nələrdir?

Mədə problemləri insanların gündəlik həyatına mənfi təsir göstərən sağlamlıq problemlərindən biridir. Ona görə də insanlar təbii müalicə üsulları ilə bu problemləri minimuma endirməyə və ya aradan qaldırmağa çalışırlar. İnsanlar arasında mədə problemlərinin həlli üçün üstünlük verilən bitki çaylarından biri də lavanda çayıdır. Lavanda çayı, xüsusilə, qaz və şişkinlik problemlərinə yaxşı gəlir. Bundan əlavə, antiseptik və antimikrob tərkibi ilə bədəndəki iltihabı məhv edir. Bu xüsusiyyətləri ilə mədə və bağırsaqlardakı problemləri aradan qaldıra bilmə gücünə malik olur. 

Mənbə: Habertürk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et