Bu gün:

Hər gün 2 banan yeməyin 7 faydası


İdman edən və arıqlamaq istəyən insanların tez-tez yediyi bananın sağlamlıq üçün çoxlu faydaları var

1- Arıqlama
Tərkibində çəki artımının qarşısını alan nişasta var. Qan şəkərinin səviyyəsini aşağı salır və insulinə həssaslığı artırır. Nəticədə, ac qalmadan daha tez arıqlayacaqsınız 

2-Qan təzyiqinin normala salınması
1 bananda, təxminən 420 mq kalium var. Bu yüksək təzyiqin aşağı salınmasında aktiv rol oynayır.

3-Həzm problemləri
Banan mədə-bağırsaq traktını qıcıqlandırmadan asanlıqla həzm olunur. Tərkibindəki nişasta bağırsaq bakteriyaları üçün çox faydalıdır. Odur ki, ishal, qastrit və ya mədə yanmasından əziyyət çəkirsinizsə, banan yeməlisiniz.

4-Anemiya riskini azaldır
Anemiya qırmızı qan hüceyrələrinin azalması və qanda hemoglobin səviyyəsinin aşağı olması nəticəsində baş verir. Bananın tərkibində qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edəcək dəmir var. Bananlarda həmçinin qan şəkərinin səviyyəsini tənzimləyən və qan azlığı olan insanlara faydalı olacaq B6 vitamini var.

5-Vitamin mənbəyi
Banan gündəlik B6 vitamini ehtiyacımızın 20 faizini qarşılayır. B6 bədənə sağlam hüceyrələr yaratmaq üçün lazım olan insulin, hemoglobin və amin turşuları istehsal etməyə kömək edir. Həmçinin C vitamini ehtiyacımızın 15 faizini qarşılayır.

6- Enerji artımı
Banandakı kalium əzələ kramplarının qarşısını alır və ondakı karbohidrat isə məşq üçün lazım olan enerjini təmin edir.

7- Stresin azalması
Banan xoşbəxtlik hormonunun ifrazı üçün lazım olan triptofan istehsal etməyə kömək edir. Orta hesabla hər bananda təxminən 27 mq maqnezium var. Bu da yaxşı əhval-ruhiyyə və sağlam yuxu üçün vacibdir.

Mənbə: CNNTürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et