Bu gün:

Qəza zolağında atəşkəs davam edir, girovların azad edilməsi gözlənilir


Qəza zolağında İsrail və Həmas arasında əldə olunmuş atəşkəs rejimi artıq üçüncü gündür ki, qüvvədə qalır. Beynəlxalq müşahidəçilər atəşkəsin qorunmasının humanitar vəziyyətin sabitləşməsinə müsbət təsir göstərdiyini bildirirlər.

Məlumata görə, Həmas tərəfindən saxlanılan 20 nəfər israilli girovun bazar ertəsi günü azad edilməsi planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp sabah İsrailə rəsmi səfər edəcək. Səfər çərçivəsində o, Knessetdə çıxış edəcək və daha sonra Misirdə keçiriləcək beynəlxalq sülh sammitində iştirak edəcək.

Ekspertlərin fikrincə, atəşkəsin davamlı olması regionda uzunmüddətli sabitliyin bərpasına təkan verə bilər.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et