Bu gün:

Taliban və Pakistan arasında sərhəd toqquşması baş verib


Əfqanıstan Talibanı bildirib ki, Pakistan ordusuna qarşı “qisas əməliyyatı” həyata keçirib və nəticədə 58 Pakistan hərbçisi öldürülüb.

Taliban sözçüsü Zəbihullah Mücahid iddia edib ki, bu hücum Pakistanın Əfqan hava məkanını pozaraq sərhəddəki bir bazarı bombalamasına cavab olub.

Pakistan isə rəqəmləri təkzib edib və 23 hərbçisinin öldüyünü, əvəzində “200 Taliban döyüşçüsünün zərərsizləşdirildiyini” açıqlayıb.

İslamabad Taliban qüvvələrinin mülki şəxslərə atəş açdığını bəyan edib və sərhəddəki hücumları “təxribat” adlandırıb. Taliban isə bu iddiaları rədd edərək, öz ərazisini müdafiə etdiyini bildirib.

BBC-nin məlumatına görə, Kunar–Kurram bölgəsində hər iki tərəf artilleriya və kiçik silahlardan istifadə edib. Toqquşmalar nəticəsində Torkham və Çaman sərhəd keçidləri bağlanıb, yüzlərlə yük maşını bölgədə qalıb.

Gərginlik Talibanın xarici işlər naziri Amir Xan Muttaqinin Hindistana səfəri ərəfəsində baş verib. Qətər və Səudiyyə Ərəbistanı tərəfləri təmkinli olmağa və dialoqa çağırıb.

Mənbə: BBC News 

Tərcümə etdi: Fərid Tapdıqov 

Paylaş
Şərh əlavə et