Bu gün:

Mütəxəssisdən bayram xəbərdarlığı


Qurban bayramının yaxınlaşması ilə çox ət istifadəsinin səbəb ola biləcəyi sağlamlıq problemləri ilə əlaqədar mütəxəssislər hər il olduğu kimi bayram öncəsi vətəndaşlara xəbərdarlıq etməyə davam edir. 

Bişirmə üsuluna diqqət! 

Qırmızı ət istifadə edərkən diqqət etməmiz lazım olan şeylərdən birinin də bişirmə üsulu olduğunu vurğulayan Dietoloq Kara deyir: “Ən sağlam üsul əti manqalda və ya qaynadılmış şəkildə istifadə etməkdir. Həzmi və düzgün udulmasını asanlaşdırmaq üçün onu bol tərəvəzlə birlikdə istifadə etməliyik. Hər gün ardıcıl olaraq ət istifadə etməyi məsləhət görmürük. Bədənimizdə çox narahatlıq yaratmamaq baxımından çox protein qəbulu bir az təhlükəli ola bilər. Buna görə də porsiyaya nəzarətdə çox diqqətli olmalıyıq, çünki burada gündə yüz-yüz əlli qram protein qəbulu kifayətdir. Onlar süd məhsulları ilə istifadə edilməməlidir. Dəmir və kalsiumun udulmasında da müəyyən problemlər yaratdığı üçün deyə bilərəm ki, mütləq ət istifadə etsək, tərəvəzlə birlikdə yemək daha doğru olar. 


Ətin həzmini çətinləşdirməmək üçün, xüsusilə, ətli xörəklər bişirəndə yemək zamanı maye qəbul etməyi məsləhət görmürəm. Nəinki ət yemək, həm də əti tərəvəzlə birləşdirib daha sağlam etmək daha düzgün olardı.


Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et