Misir hakimiyyəti 20 ildən çox davam edən bərpa işlərindən sonra firon Amenhotep III-ün məzarını ictimaiyyət üçün yenidən açıb.

Amenhotep III Misirin ən böyük fironlarından biri hesab olunur.
Nəhəng məzar cənubdakı Luksor şəhəri yaxınlığında, Padşahlar Vadisinin ucqar hissəsində yerləşir və əsrlərlə davam edən baxımsızlıqdan sonra ciddi təmirə ehtiyac duyub. “Böyük Amenhotep” kimi də tanınan bu fironun eramızdan əvvəl 1390-1350-ci illər arasında 18-ci sülalə dövründəki hakimiyyəti qədim Misir sivilizasiyasının zirvəsi sayılır.
Məzar 1799-cu ildə kəşf olunub və həmin vaxt içindəkilər talan edilib. Bu gün ziyarətçiləri məzarın mərkəzində fironun iri qranit sarkofaq qapağı qarşılayır. O, heroqliflərlə bəzədilib və çox ağır olduğuna görə oğrular tərəfindən aparıla bilməyib.
Mənbə: Artnet News
Tərcümə etdi: Emiliya Vəlicanova
