Bu gün:

Qadınlarda ağciyər xərçəngi simptomları


Ağciyər xərçəngi ağciyər toxumasında başlayan və hüceyrələrin nəzarətsiz böyüməsi ilə xarakterizə olunan bir xərçəng növüdür. Ağciyər xərçənginə müxtəlif risk faktorları, o cümlədən siqaret, passiv siqaret çəkmə, havanın çirklənməsi, radiasiyaya məruz qalma və genetik faktorlar səbəb ola bilər.

Ağciyər xərçəngi qadınlarda ən çox görülən xərçəng növlərindən biridir. Siqaret çəkmə nisbətlərinin artması ilə qadınlarda ağciyər xərçənginə tutulma halları da artır. Bu yazıda qadınlarda ağciyər xərçənginin əlamətlərinə diqqət yetirəcəyik və erkən aşkarlanmasının əhəmiyyətini vurğulayacağıq.

Nəfəs darlığı -qadınlarda ağciyər xərçənginin əlamətlərindən biri də nəfəs darlığıdır.

Ağciyərlərdə böyüyən şişlər tənəffüs yollarını daralda və nəfəs almaqda çətinlik yarada bilər. Öskürək -ağciyər xərçəngi olan qadınlar tez-tez uzun sürən öskürəkdən şikayətlənirlər. Öskürək xərçəng hüceyrələri ağciyərlərdə toxumalara zərər verdikdə baş verir. Öskürək zamanı qanlı bəlğəm də görünə bilər. 

Qanlı bəlğəm - Qadınlarda ağciyər xərçənginin inkişaf etmiş mərhələlərində qanlı bəlğəm görünə bilər. Bu, şişin ağciyərlərdəki qan damarlarına yayılması ilə əlaqədardır. Qanlı bəlğəm ciddi bir simptom ola bilər və təcili tibbi yardım tələb edir. 

Sinə Ağrısı- Ağciyər xərçəngi olan qadınlarda sinə ağrısı ola bilər. Sinə ağrısı adətən şişin ağciyərdə və ya ətrafında sıxılması nəticəsində yaranır. Ağrı adətən tədricən artır. 

Səs boğulması -Qadınlarda ağciyər xərçəngi səs tellərini sıxaraq səsin boğulmasına səbəb ola bilər.

Bu, özəlliklə uzun müddət davamlı səs qısılması üçün qeyd etmək xüsusilə vacibdir. 

İştahsızlıq və arıqlamaq - Ağciyər xərçəngi olan qadınlar tez-tez iştahsızlıq yaşayırlar. Şiş bədənin enerji ehtiyaclarına təsir edə bilər və iştahın azalmasına səbəb ola bilər. İştahsızlıq nəticəsində çəki itkisinə də tez-tez rast gəlinir. 

Yorğunluq və zəiflik- Qadınlarda ağciyər xərçəngi bədənin enerji səviyyələrinə təsir edə bilər və xroniki yorğunluğa səbəb ola bilər. Zəiflik və hər zaman yorğunluq hissi xərçənglə mübarizə aparan bir çox qadının şikayət etdiyi əlamətlər arasındadır. 

Sinə ağrısı- Ağciyər xərçəngi sinə divarına yayılaraq orada ağrıya səbəb ola bilər. Döş divarında hiss edilən ağrı xərçəngin inkişaf etmiş mərhələlərində özünü daha qabarıq göstərə bilər. 

Sümük ağrıları - Qadınlarda ağciyər xərçəngi sümüklərə metastaz verə bilər və sümük ağrısına səbəb ola bilər. Sümüklərdə hiss edilən ağrı xərçəngin yayıldığı nahiyələrə görə dəyişə bilər. 

Baş ağrıları və başgicəllənmə- Ağciyər xərçəngi olan qadınlar baş ağrısı və başgicəllənmə kimi nevroloji simptomlarla qarşılaşa bilərlər. Bu simptomlar xərçəngin beyinə metastaz verməsi nəticəsində baş verə bilər. 

Qaraciyər və beyin metastazının simptomları -Ağciyər xərçəngi qaraciyər və beyinə metastaz verə bilər. Qaraciyər metastazlarının simptomlarına qarın ağrısı, sarılıq və qaraciyər disfunksiyası daxildir, beyin metastazlarının simptomları isə baş ağrısı, balans problemləri və davranış dəyişikliklərini əhatə edə bilər.

Digər orqanlarda metastazın simptomları - Qadınlarda ağciyər xərçəngi digər orqanlara da metastaz verə bilər. Metastaz orqanından asılı olaraq müxtəlif simptomlar meydana gələ bilər. Məsələn, sümük metastazları zamanı sümük ağrısı və zəiflik, böyrək metastazlarında isə sidik dəyişiklikləri kimi simptomlar meydana gələ bilər.

Mənbə: Cnntürk

Tərcümə etdi: Aysu Əsədova


 


 


 



 

Paylaş
Şərh əlavə et