“Nottingham Forest”in yarımmüdafiəçisi Elliot Anderson İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin komandaya yeni adlar gətirmək istəyindən faydalanan futbolçulardan biridir.
O, Uelsə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan yoldaşlıq oyununda ardıcıl üçüncü dəfə yüksək səviyyəli çıxışı ilə diqqət çəkib.
Statistik göstəricilərə əsasən, Anderson bu mövsüm Premyer Liqada rəqib meydanında ən çox ötürmə verən (244) və topu ən çox qazanmış (47) “Forest” oyunçusudur. Uelsə qarşı matçda futbolçu 77 ötürmədən 74-nü dəqiq yerinə yetirib, 2 qol epizodu yaradıb və 6 dəfə topu ələ keçirib.
Baş məşqçi Tomas Tuxel oyunçusunu belə xarakterizə edib: “Morgan və Elliot həm təvazökar, həm də çox istedadlı futbolçulardır – bu, ideal bir birləşmədir".
İngiltərə yığması indi çərşənbə axşamı Latviya ilə keçiriləcək dünya çempionatının seçmə oyununa hazırlaşır. Bu, Tuxelin komandanı öz baxışı ilə formalaşdırmaqda və Cud Bellinqhemsiz də irəliləməkdə qərarlı olduğunu göstərir.
Mənbə: BBC
Tərcümə etdi: Nazim Xeyrxəbərli
