Bu gün:

Gonzalo Garcia: “Yeganə çıxış yolum Real Madriddir”


“Yeganə çıxış yolum Real Madriddir”, – Gonzalo Garcia transfer pəncərəsində klubdan ayrılmadığına görə peşman olduğu ilə bağlı yayılan şayiələri inkar edib.

Dünyaca tanınmış futbol klubu "Real Madrid"in gənc və istedadlı oyunçusu Gonzalo Garcia El Largueoroya verdiyi müsahibədə bildirib: "Tək çıxış yolum hər zaman "Real Madrid"də qalmaq idi. Əsas komandada(A) yer almaq mənim üçün gerçəkləşmiş bir xəyaldır və qərarımdan çox məmnunam".

Onu da qeyd edək ki, 21 yaşlı Garcia Klublararası Dünya Çempionatında göstərdiyi performansdan sonra bir sıra klublar tərəfindən aldığı çoxsaylı təkliflərə baxmayaraq, "Madrid"də qalmaq qərarına gəlib.

"Dünyanın ən yaxşı klubundan bəhs edirik, bu səbəbdən rəqabətin çoxluğu qaçılmazdır. Uzun illərdir ki, klubun akademiyasında idim. Hal-hazırda olmaq istədiyim yerdəyəm və  düşündüyüm tək şey "Madrid"in bu sezonku taleyidir". 


Mənbə: Tribuna.com, French Football Weekly

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et