Bu gün:

Keçəlliyin müalicəsi ilə bağlı yeni araşdırma


Tədqiqat insan bədənindəki tüklü xalların keçəlliyə qalib gəlmənin açarı ola biləcəyini irəli sürdü.

ABŞ-ın Kaliforniya Universitetinin alimlərinin fikrincə, bədən xallarınım tərkibində “saç artımının güclü aktivatoru” kimi çıxış edən zülal var.

Daily Mail xəbər verir ki, tədqiqatçılar siçanlarda və insan dərisində “uzun və qalın tüklərin möhkəm böyüməsini” təşviq etmək üçün proteindən istifadə ediblər.

Onlar osteopontin kimi tanınan molekulun gələcəkdə baş dərisinin saç tökülməsini bərpa etmək üçün istifadə oluna biləcəyini deyirlər. Osteopontin yaraların sağalması və toxumaların rekonstruksiyası da daxil olmaqla müxtəlif funksiyalara malikdir, lakin onun saç artımındakı rolu tam başa düşülməyib.

İnsan təcrübələrinə başlanılacaaq

Müalicə müvəffəqiyyətli olarsa, saç tökülməsinə qarşı dərmanlardakı boşluğu doldura bilər. Milli Sağlamlıq İnstitutlarına (NIH) görə, ABŞ yetkinlərinin yarısını təsir edən androgenetik alopesiya üçün çox az dərman təsdiq edilmişdir.

Siçanlar üzərində aparılan təcrübələrdə uğur qazanan komanda bu yay insanlar üzərində klinik sınaqlara hazırlaşır. Müalicələr çox güman ki, botoksda istifadə edilənlərə bənzər mikro iynələrlə baş dərisinə osteopontin və digər saç böyüməsi zülallarının yeridilməsini nəzərdə tutur.

Nature jurnalında dərc olunan araşdırmada Dr.Maksim Pliqus “Biz qocalmış piqment hüceyrələrinin böyük miqdarda osteopontin adlı xüsusi molekul istehsal etdiyini aşkar etdik ki, bu da normal olaraq yuxuda olan və daralan saç follikullarının uzun və qalın saçların güclü böyüməsi üçün kök hüceyrələrini aktivləşdirməsinə səbəb olur” dedi.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova


 



 

Paylaş
Şərh əlavə et