La Liqanın 17-ci turunda baş tutacaq “Vilyarreal” – “Barselona” qarşılaşması 2025-ci il dekabrın 21-də Mayamidə yerləşən “Hard Rok” stadionunda keçiriləcək.
“Barselona”nın prezidenti Coan Laporta, “Vilyarreal”ın rəhbəri Fernando Royx və La Liqa prezidenti Xavyer Tebas bu qərarın ABŞ-dəki azarkeşlər üçün böyük fürsət olduğunu bildiriblər.
Bu, “Barselona”nın Mayamidəki ilk rəsmi oyunu olacaq. Kataloniya klubu daha əvvəl burada dörd yoldaşlıq görüşü keçirib, o cümlədən 2017-ci ildə “Real Madrid” üzərində 3:2 hesablı qələbə qazanıb.
Beləliklə, “Hard Rok” stadionu beşinci dəfə “Barselona”ya ev sahibliyi edəcək, lakin bu, rəsmi oyun üçün ilk dəfə olacaq.
Mənbə: Barcelona TV
Tərcümə etdi: Nazim Xeyrxəbərli
