Nyu-York Dövlət Universitetinə bağlı Binghamton Universitetinin alimləri Pasxa adasının (Rapa Nui) məşhur moai heykəllərinin necə daşındığını müəyyən ediblər.

Fizika, 3D modelləşdirmə və təcrübələrə əsaslanan araşdırma göstərib ki, bu nəhəng heykəllər az sayda insanın köməyi ilə iplərlə “gəzdirilib”. Professor Karl Lipo və komandası 4,35 tonluq moai nüsxəsini hazırlayaraq cəmi 18 nəfərlə 40 dəqiqəyə 100 metr hərəkət etdirməyi bacarıb. Bu üsul əvvəlki nəzəriyyələrdən daha səmərəli olub.
Alimlər bildirir ki, Rapa Nui xalqı heykəlləri ziqzaq formada hərəkət etdirərək yollar boyunca “gəzdirmiş” və bu həm fiziki, həm də tarixi cəhətdən ən məntiqli izahdır. Lipo vurğulayıb ki, bu tədqiqat, həm də Rapa Nui xalqının ağıllı mühəndislik bacarığına hörmətdir.
13–16-cı əsrlərdə hazırlanan və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən bu heykəllər xalqın əcdadlarına hörmətinin simvoludur.
Mənbə: NTV
Tərcümə etdi: Asiya Zeynallı
