Fənərbaxçanın qapıçısı Tarık Çətin “Samsunspor”la qarşılaşmada nümayiş etdirdiyi performansla azarkeşlərin və texniki heyətin rəğbətini qazanıb.
Ederson və İrfan Can Eğribayatın zədələri səbəbindən əsas heyətdə meydana çıxan təcrübəli qapıçı, matç ərzində 5 vacib qurtarışla komandasını oyunda saxlayıb.
Braziliyalı qapıçı Ederson “Samsunspor” səfərində iştirak etməyib. Onun hiss etdiyi ağrılar səbəbindən Samsunda MRT müayinəsi aparılıb və futbolçunun təxminən iki həftə ərzində komanda ilə birgə məşqlərə qayıdacağı bildirilib.
Digər qapıçı İrfan Can Eğribayat isə məşq zamanı ayaq barmağını sındırdığı üçün bu kritik oyunda forma geyinə bilməyib. Beləliklə, qapını 28 yaşlı Tarık Çətin qoruyub. Bu, onun cari mövsümdə Fənərbaxça forması ilə ilk oyunu olub.
Sərgilədiyi inamlı oyunla “Samsunspor”un bir neçə real qol imkanını dəf edən Tarık, komandasına vacib xal qazandıran əsas fiqurlardan biri kimi qiymətləndirilib.
Fənərbaxça milli oyun fasiləsindən sonra “Fatih Karagümrük”ü qəbul edəcək. Sarı-göylər bu qarşılaşmada xal itirmək istəmir.
Mənbə: TRT Spor
Tərcümə etdi: Fəqan Nurullazadə
