Bu gün:

Militao yaşadığı ciddi zədədən sonra futbolu buraxmağı düşünüb


“Real Madrid”in və Braziliya millisinin müdafiəçisi Eder Militao yaşadığı ağır zədələrdən sonra karyerasını bitirməyi düşündüyünü etiraf edib.

Futbolçu bildirib ki, son iki il onun üçün çox çətin keçib: “Bu iki il çox çətin idi, iki ağır zədə aldım. İkincisini bir qədər fərqli qəbul edirsən, çünki artıq bərpa prosesinə bələdsən. Amma bu, asan deyil. Belə anlarda ailənə, Allaha daha çox bağlı olmalısan. Birdən evdə köməyə ehtiyacı olan bir insana çevrilirsən. Şükürlər olsun ki, zədələrdən sağaldım və yüksək səviyyəyə qayıtdım. Lakin bu heç də asan deyildi". 

Militao iyun ayında keçirilən Klub Dünya Çempionatında “Real Madrid” forması ilə yenidən meydana çıxıb. O, hazırda həm klubda, həm də Braziliya millisində baş məşqçi Karlo Ançelottinin planlarında yer alır.

“Ançelotti ilə çox danışırıq. Onunla keçirdiyim vaxt bizim münasibətimizə müsbət təsir göstərib. O, yalnız mənə yox, bütün milliyə dəyər qatır. O, inanılmaz insandır və nailiyyətlərinə görə böyük hörmətə layiqdir", — deyə Militao bildirib.

Ulduz futbolçu sonda əlavə edib: “İndi məsuliyyət mənim üzərimdədir. Klubda yaxşı çıxış etməliyəm ki, millidə öz yerimi möhkəmləndirim".

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et