Bu gün:

“Beşiktaş GAİN”dən möhtəşəm qələbə


“Beşiktaş GAİN” Avrokubokda əla oyun nümayiş etdirərək “London Lions” üzərində 99:73 hesablı qələbə qazanıb. Uğurlu nəticədən sonra komandanın baş məşqçisi Duşan Alimpiyeviç qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Alimpiyeviç qələbədən məmnun olduğunu bildirərək, komandasının çətin səyahət cədvəlinə baxmayaraq yaxşı performans göstərdiyini vurğulayıb: “Avrokubokda bizim üçün hər matç vacibdir. Bu qələbədən sonra özümü çox xoşbəxt hiss edirəm. Keçən həftə uzun səfərlərdə olduq. Həm Lietkabelisə, həm də Mersinə getdik. Buna baxmayaraq, bu oyunda yaxşı enerji sərgilədik və oyun vaxtlarını düzgün bölüşdürə bildik". 

Serbiyalı mütəxəssis, həmçinin komandasının hücumda parlaq, müdafiədə isə hələ inkişaf etdirilməli tərəflərinin olduğunu deyib:“Daha əvvəl də demişdim, hücumda yaxşıyıq, çünki istedadlı komandayıq. Amma müdafiədə daha çox işləməliyik. Mövsümün əvvəli olduğu üçün buna vaxt lazımdır. Müdafiədə sistemimizə sadiq qalmalıyıq".

Alimpiyeviç bəzi oyunçuların çıxışını da xüsusi qeyd edib: “Yiğit Arslan və Berk Uğurlu ilə üç ildir bir yerdəyik. Hər ikisindən razıyam və onlara böyük hörmətim var. Bu gün onların oyuna yanaşması sistemimiz üçün çox vacib idi. Canberk Kuş da əla çıxış etdi. İstər yerli, istər əcnəbi olsun, hər biri komandamız üçün dəyərlidir".

Mənbə: Beşiktaş TV

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et