Bu gün:

Netanyahu: Qəzzada müharibə bitmək üzərədir


24media.az-ın budəfəki müsahibi politoloq Tural İrfandır. O,  Qəzzadakı müharibə ilə bağlı fikirləri şərh edib.-Trampın sülh planının detalları nədən ibarətdir?

Bir neçə Avropa dövlətinin Fələstini tanımasının ardından Trampın Qəzza planının ortaya çıxması təsadüf deyil. Fələstini tanıyan dövlətlərdən Böyük Britaniya Qəzzada icra ediləcək olanda əsas roldadır. Şübhəsiz ki, bir əsrə yaxınlaşan Fələstin problemi Qərbin müsəlman Şərqinə qarşı müasir üsullarla səlib yürüşünün davamıdır. Sadəcə bu məsələdə yəhudilər və İsrail ön cəbhədə qərarlaşdırılıb.

İslama və müsəlmanlara qarşı müharibənin davam etməsini Əfqanıstan, İraq, Suriya, Liviya və digər müsəlman ölkələri işğal edilib əhali soyqırımına uğradılanda mütəmadi şəkildə ABŞ-nin və Avropanın liderləri, siyasiləri əsl hədəfin İslam olduğunu dilə gətirirdilər. Fələstinlə bağlı plan "Böyük İsrail" xəyali planını gerçəkləşdirmək adı ilə, əslində isə tam səlib yürüşü məqsədi ilə tədricən Fələstin, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrin ya tamamını ya da yarısını işğal edərək sonda Türkiyəyə çatıb Ayasofiyanı ələ keçirməkdən ibarətdir. Bu, Qərbin səliçi təfəkkürlü ideoloji institutlarının uzunmənzilli planıdır. Sadəcə üzdə fərqli mövzular, siyasi manipulyasiyalar, manevrlər çaşqınlıq yaratmaq və dünyanın diqqətini əsl hədəflərindən yayındırmaqdır.

Belə ki, Trampın "Qəzza sülh planı" 20 bənddən ibarətdir. Girovların azad edilməsi, infrastrukturun bərpası, HƏMAS hərəkatı və digər qrupların bölgədəki hakimiyyətdən uzaqlaşdırılması müqabilində İsrail qoşunlarının zolaqdan çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasını tələb edir. Şübhəsiz ki, əsas məqsəd Qəzzanın əhalisini mümkün qədər azaldıb qalanını da didərgin salaraq ərazini nəzarətə götürmək idi. 60 mindən artıq insan ölümü görünür hələlik kifayət kimi qəbul edilib. Təbii ki, bu plan İsrailin iştirakı ilə hazırlanıb. İndi elə təqdim olunur ki, sanki İsrail planla sonradan razılaşıb.

Yenidənqurma və “terrorun aradan qaldırılması” çərçivəsində Qəzzada radikal hərəkatın və digər qrupların birbaşa və dolayı yolla hakimiyyətdən uzaqlaşdırılması planlaşdırılır. Bu öhdəliklərin yerinə yetirilməsinə “regional tərəfdaşların” zəmanət verməsi də nəzərdə tutulur. Girovların azad edilməsindən sonra İsrail ömürlük həbsə məhkum edilmiş 250 məhbusu, həmçinin anklavın 1700 sakinini azad etməlidir.

Silahsızlaşdırmaya razılıq verən HƏMAS üzvləri amnistiyaya məruz qalacaq və onlara təhlükəsiz keçid vasitəsilə ev sahibliyi edən ölkələrə getməyə icazə veriləcək. Daha sonra zolaq texnokratik, siyasi olmayan Fələstin komitəsinin müvəqqəti idarəçiliyinə keçəcək. Yeni orqan Qəzza sakinləri üçün ictimai xidmətlərin və bələdiyyələrin gündəlik fəaliyyətinə cavabdeh olacaq. Fələstin polis bölmələrinə təlim keçmək və onlara dəstək vermək üçün Beynəlxalq Stabilləşdirmə Qüvvələri də yaradılacaq. Anlaşma qüvvəyə mindikdən sonra anklav ərazisinə humanitar yardımlar göndəriləcək. Qəzzada dinc həyatın bərpası perspektivli investisiya təklifləri kontekstində baş tutacaq. Qəzzada da həmçinin iştirakçı ölkələrlə razılaşdırılacaq güzəştli tariflərə və çıxış tariflərinə malik iqtisadi zonanın yaradılması nəzərdə tutulur. Amma bu baş tutmamış artıq İsrail Suriyada "Demokratik qüvvələr"i hərəkətə keçirib, kürd separatını körükləyir. Druz problemi həll olunmamış Suriyanı yenidən qarışdırmaq cəhdi HƏMASI Suriyaya keçməyə və silahı yerə qoymamağa təşviqdir. Ən azı içindən ayrılmış yeni radikal qrup yaranmasına zəmin hazırlayıb onu da Suriyaya ötürməkdir ki, gələcək işğallara zəmin yaransın.

-Həmas danışıqlarda hansı mövqedə dayanır?

Təbii ki, HƏMAS-ın hazırda əsas liderləri öldürülüb və onların qəbul etdiyi qərarlar yüksək diplomatik qənaətdən uzaqdır. Lakin başqa çıxış yolu da qoyulmayıb. Ona görə də razılıq veriblər. İsrail Qəzzada hələlik kifayət qədər əhalini qırıb. Artıq Avropa əhalisi ayağa qalxdı və dünya ciddi etiraz edib.

-İsrailin "ABŞ-nin İrandan qorumaq" ifadəsi hansı real tədbirləri əhatə edir?

Ona görə İsrail bir müddətlik Qəzzada fasilə verib növbəti cəbhələrə hazırlaşır. Bu cəbhələr Suriya və İran olacaq. Hələ Qəzzada sözü gedən razılaşma qüvvəyə minməmiş İsrailin "ABŞ-ni İrandan qorumaq" ifadəsi hər ikisinin İranı hədəf göstərməsidir. Qəzzadakı müvəqqəti nəfəsdərmə prosesi başlayar başlamaz İsrail İrana hərbi müdaxilə edəcək. Buna ciddi hazırlığın olması haqda da məlumatlar var. İranda təcili məcburi hicab qanunun aradan qaldırılması kimi addımlar da müdaxiləyə qədər daxildə xalqın etimadını qazanmaq üçündür. Çünki İsrailin planlarından biri də İran rejimini daxildən çökürtmək, xalqı ayaqlandırmaqdır. Hər bir halda Qəzza indən belə ABŞ, Britaniya və İsrailin mandatına keçəcək. HƏMAS qalıqlarından da Suriya, Misir və digər ölkələrin torpaqlarına müdaxiləyə əsas kimi istifadə olunacaq. İrana müdaxilə isə böyük ehtimalla bu ilin sonuna qədər baş tutacaq.

Nigar Həsənzadə 

Paylaş
Şərh əlavə et