Bu gün:

Ac qarına dərman qəbul etmək zərərlidirmi?


Bəzi dərmanlar tox mədədə, digərləri isə ac qarına qəbul edilməlidir. Tox mədədə qəbul edilməli olan dərmanlar, adətən, ağrıkəsicidir. Əksər ağrı kəsicilərin tərkibində "prostaglandin" adlı bir birləşmə var və bəzi növləri mədə ağrısına səbəb ola bilər. Prostaglandin mədədə ağır ola bilər və ağrıya səbəb ola bilər. Buna görə də acqarına ağrıkəsici içmək məsləhət görülmür.


Xüsusilə, acqarına aspirin kimi güclü ağrıkəsicilərin qəbulu xora, qastrit, qanaxma və hətta nadir hallarda mədədə yaralara səbəb ola bilər. Ağrıkəsicilər tox mədədə və bol su ilə qəbul edilməlidir.

Antibiotiklərin bir qismini acqarına da qəbul etmək olar, lakin antibiotikin növündən asılı olaraq aptek və mütəxəssisə müraciət etmək lazımdır. Bəzi diabet dərmanlarını qəbul edərkən acqarına qəbul edilməlidir.

Hər hansı bir dərmanı istifadə edərkən onu acqarına və ya tox mədəyə qəbul edilməli olduğunu bilmirsinizsə, istifadə üçün təlimatları oxumağınız məsləhətlidir. Bundan əlavə, dərmanlar orijinal qutularında saxlanılmalı, qutuların qapaqları açıq qalmamalı və rütubətli mühitlərdə olmamalıdır.

Mənbə: HaberTürk

Tərcümə etdi: Xədicə Cabbarlı

 

Paylaş
Şərh əlavə et