Bu gün:

The Social Network: Gəncliyin gücü, sosial medianın tənhalığı


 2010-cu ildə çıxan “The Social Network” filmi Facebook-un yaranması və Mark Zuckerberg-in yüksəlişi haqqındadır. Filmin rejissoru David Fincher, ssenari müəllifi isə Aaron Sorkindir. Film sosial medianın gələcək problemlərini əvvəlcədən göstərməsi ilə tanınır.

 O vaxt Facebook yeni idi, Twitter və Instagram isə ya çox gənc, ya da hələ yaranmayıb. Buna baxmayaraq, film sosial medianın yaratdığı güc, eqo və təkliyə diqqət çəkib. Filmdə Zuckerberg və onun dostları çox gənc göstərilir 19 yaşlarında. Onların pul və hakimiyyət qazanması, amma sonunda özlərini boş və tənha hiss etmələri vurğulanır. Bu, Amerika filmlərində tez-tez işlənən bir mövzudur.

Film həm də göstərir ki, Zuckerberg-in uğuru bir az da emosional səbəblərlə qız dostundan ayrılma və özünü sübut etmə istəyi ilə bağlıdır. Amma real həyatda bu hekayə uydurmadır. Gerçəkdə Zuckerberg o vaxt Priscilla Chan ilə münasibətdə idi.

Filmin əsas mesajı sosial medianın insanlarda tənhalıq və yadlaşma hissini artırmasıdır. İnsanlar orada saxta şəkillərlə özlərini göstərir, “bəyənilmə” və “izlənmə” üçün yarışırlar, amma bu, real əlaqə yaratmır.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et