Bu gün:

Qədim idman təqvimindəki əsas tədbirlər


Hər kəs qədim Olimpiya oyunlarını eşidib. Bu oyunlar Elis bölgəsindəki Olimpiya adlı ərazidə keçirilirdi. Qeyd olunan ən qədim Olimpiya oyunları e.ə. 776-cı ildə baş tutub, lakin bu yarışların bundan xeyli əvvəl də mövcud olması mümkündür.

Qədim Olimpiya oyunları 1.000 ildən artıq davam edib və II Teodosiusun (eramızın 408–450-ci illəri) dövründə başa çatıb. Bu gün isə az adam bilir ki, Olimpiya oyunları qədim dünyadakı dörd əsas idman tədbirindən sadəcə biri olub. 

İdman təqvimindəki digər əsas yarışlar Pifiya oyunları (e.ə. 586-cı ildə yaradılıb), İstm oyunları (e.ə. 582) və Nemea oyunları (e.ə. 573) olub. 

Pifiya oyunlarında mükafat dəfnə çələngi, Nemea oyunlarında kərəviz yarpaqlarından çələng, İstm oyunlarında isə şam ağacının yarpaqlarından hazırlanmış çələng idi. Bu çələnglər böyük şöhrət və üstünlüyün rəmzi kimi yüksək dəyər daşıyıb. 

Bu qaydaya əsasən, dörd illik bir dövrədə birinci ildə İstm və Olimpiya oyunları, ikinci ildə Nemea oyunları, üçüncü ildə İstm və Pifiya oyunları, dördüncü ildə isə yenidən Nemea oyunları keçirilib. 

Bir dövrə ərzində bu dörd oyunun hamısında qalib gələn idmançıya “periodonikes” (yəni “dövrə qalibi”) deyilib. 

“Periodonikes” olmaq qədim dünyada bir idmançının çata biləcəyi ən yüksək nailiyyətlərdən biri sayılıb. Müasir dünyada buna bənzər bir vəziyyət, bir tennisçinin bir il ərzində dörd böyük turniri (Avstraliya Açıq, Fransa Açıq, Wimbledon və ABŞ Açıq) qazanması ilə əldə edilən “Qran-Slem” tituluna oxşadır.

Bəzi qədim idmançılar məsələn, uzun məsafə qaçışı üzrə Himera şəhərindən olan Ergoteles (e.ə. V əsr) — iki dəfə “periodonikes” tituluna sahib olublar.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et