Bu gün:

Kral Vadisindəki ən böyük məzarlardan biri ictimaiyyətə açılıb


Misirin Luksor şəhərində yerləşən firon III Amenhotep məzarı 20 ildən çox davam edən bərpa işlərindən sonra ziyarətçilərin üzünə açılıb.

Misirin turizm və qədim abidələr naziri Şərif Fathi bərpa olunmuş məzarın açılışını rəsmi şəkildə elan edib.

Misirin Kral Vadisində yerləşən və firon III Amenhotep məxsus olan qədim məzar 3.000 ildən çox yaşı olmasına baxmayaraq bu gün də öz möhtəşəmliyi ilə seçilir. Bərpa prosesi Yaponiyanın rəhbərliyi ilə UNESCO-nun dəstəyi əsasında üç mərhələdə həyata keçirilib.

UNESCO-nun regional direktoru Nuria Sans bərpa işlərini “beynəlxalq standartların ən yüksək səviyyəsinə cavab verən” layihə kimi qiymətləndirib.

Mənbə: DW

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et