Bu gün:

Əgər Roma İmperiyası süqut etməsəydi?


Minilliklər boyunca Roma dünya səhnəsində nüfuzlu qalıb – Roma Krallığından tutmuş Katolik Kilsəsinin iqamətgahına qədər. Az yerlər bu qədər uzun müddət güclü qalıb. Bəs qitəni əhatə edən Roma İmperiyası bu gün də mövcud olsaydı nə olacaqdı?


Qədim dünyada Yuli Sezar, Mark Antoni və Misirin VII Kleopatrasının iştirakı ilə baş verən böhranlardan sonra Roma Respublikası o qədər bərbad vəziyyətə düşüb ki, Romanı sabit vəziyyətə gətirmək Birinci İmperator Avqustun üzərinə düşüb. Bu, eramızdan əvvəl 27-ci ildə baş verib və Romanın təsiri artıq nəzərəçarpacaq dərəcədə olsa da, o, Avropanın, Şimali Afrikanın və Qərbi Asiyanın bəzi hissələrinə böyük sürətlə yayılıb, eramızın 117-ci ilində ən böyük həddinə çatıb.


Romanın nəhəng ordusu, gücü və sərvəti ona davamlı olaraq genişlənməyə və getdikcə daha çox əraziləri ələ keçirməyə imkan verib, lakin bu genişlənmə həvəsi son nəticədə Romanın Avrasiya üzərində hökmranlığına mane olub. Üçüncü böhranlarla üzləşib və nəticədə effektiv idarə olunmayacaq qədər böyük olub; yavaş-yavaş, lakin şübhəsiz ki, düşmən orduları Romanın təsirindən uzaqlaşmağa başlayıb. Qərbi Roma İmperiyasının sonu adətən 476-cı il kimi qəbul edilib, o zaman Romanın paytaxtı olan Ravenna alman ordularının koalisiyasına düşüb, son imperator Romulus Augustulus devrilib və sürgünə göndərilib. 480-ci ildə hər şey bitsə də, tarixçilərin dediyi kimi, bu yalnız qərbin süqutu olub; imperiya artıq iki inzibati bölgəyə – Qərbi və Şərqi Roma – bölünüb, Şərqi Roma isə Konstantinopol (sonradan Bizans) kimi mövcudluğunu davam etdirib. Bizanslılar VI əsrdə özünün ən yüksək çağında, Afrikanın, Yunanıstanın, Türkiyənin bəzi hissələrinə və Yaxın Şərqin bəzi hissələrinə nəzarət edib və böyük təsir dairəsinə malik olub. Böyük Konstantin 4-cü əsrdə xristianlığı qəbul edib və onlar Roma İmperiyasının xristian qolunu təmsil edib.

Qərbi Roma İmperiyasının süqutundan sonra Avropada tez-tez “Qaranlıq Əsrlər” adlandırılan dövr başlayıb, amma əslində bu dövr o qədər də qaranlıq olmayıb. Qeydlər və ədəbiyyatın əksəriyyəti itdiyi üçün tarixçilər bu dövrü belə adlandırıb, amma insanlar öz həyatlarını davam etdirib. Avropa uzun müddət güc vakuumunda qalmayıb; Bizanslılar fəaliyyətlərini davam etdirib, müxtəlif “barbar” imperiyalar da yüksəlməyə başlayıb, VII əsrdə Ərəbistan birləşib və İslam fəthləri başlayıb. XI əsrdə Avropa krallıqları formalaşıb və Müqəddəs Torpaqlara Səlib yürüşləri həyata keçirilib. XX əsrə qədər Avropada imperiyalar yüksəlməyə və süqut etməyə davam edib.Əgər Roma Avropaya nəzarəti saxlayıbsa, Birinci və İkinci Dünya Müharibələri, Yüzillik Müharibə, Krım Müharibəsi kimi münaqişələr baş verməyə bilərdi. Roma həm də İslamın yaranmasına təsir göstərə bilərdi; Qızıl Dövr və bir çox elmi ixtiraların baş verməsi dəyişə bilərdi. Bununla belə, yollar, su kəmərləri və digər infrastruktur vasitəsilə inkişaf sürətlənə bilərdi.

Amma reallıq budur ki, imperiyalar nə qədər güclü olsa da, çəkiləri altında dağılır və ya daha güclü dövlətlər tərəfindən fəth olunur. Roma İmperiyasının iki min il boyunca mövcud olması ehtimalı çox az olub. Başqa heç nə olmasa da, təsiri uzun müddət dünya tarixində qalaraq gələcək nəsillərə ilham verib.

Mənbə: watchmojo.com
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et