Bu gün:

Saxta günəş eynəyi taxmaq əvəzinə...


Saxta gün eynəklərinin fərqli göz xəstəliklərinə səbəb olduğunu ifadə edən oftalmologiya mütəxəssisi həkim Xolzoda Səidəli bildirib ki, gün eynəyi ultrabənövşəyi şüaların qarşısını almalıdır, onlara mane olmayan eynək isə heç vaxt taxılmamalıdır. Xüsusilə yay aylarında üstünlük verilən gün eynəklərinin aksessuar deyil, filtrasiya vasitəsi kimi istifadə edilməsi lazım olduğunu qeyd edən Səidəli saxta gün eynəklərinin zərərləri haqqında məlumat verib.


Dr. Xolzoda Səidəli günəş şüalarının gözdə yarada biləcəyi xəstəliklər haqqında bunları deyib.

Uzun illər günəş işığına məruz qalmanın kataraktın əmələ gəlməsində çox təsirli olduğunu ifadə edən Səidəli: "Saxta gün eynəklərindən istifadə edərkən ultrabənövşəyi şüalara daha çox məruz qalacaq, ona görə də bu zərərli şüaların yaratdığı bir çox xəstəliklər artacaq. Bu şüalarla sarı ləkə xəstəliyi riski də arta bilər. Günəş şüaları ən böyük qalıcı ziyana səbəb olur", - deyib.

 Saxta gün eynəkləri ilə orijinal gün eynəkləri arasındakı fərqlər haqqında məlumat verən mütəxəssis sözlərini belə davam etdirib: "Original gün eynəkləri UB şüalarının qarşısını alan film qatından istifadə etdiyi halda, saxta gün eynəklərində plyonka əvəzinə, boya istifadə edirlər. Saxta gün eynəkləri gözü qorumur və şüalardan zərərini artırır".

Dr. Səidəli, "Bir eynəyin orijinal olması üçün onun marka olması şərt deyil. Evdə aldığınız gün eynəklərini ultrabənövşəyi işıqlı fənərlə yoxlaya bilərsiniz. Dollar kimi bəzi sikkələrdə ancaq UV şüaları var. Əgər eynəklər saxtadırsa, onlar görünməyə davam edəcəklər, çünki UV şüası şüalananda görünməli olan heç bir filtrasiya yoxdur”.

 Günəş eynəyi alarkən göz ətrafına diqqət yetirilməsi lazım olduğunu vurğulayan Səidəli: "Günəş eynəklərindən istifadə etməkdə əsas məqsədimiz aksesuar əldə etmək deyil, günəş işığının gözümüzə düşməsini minimuma endirməkdir. Bunun üçün markalı eynək almaq lazım deyil, bizim prioritetimiz günəş şüalarını süzə bilən eynək olmalıdır. Bundan əlavə, gün eynəyi seçərkən üzün quruluşuna və göz ətrafına da baxmaq lazımdır", - deyə  bildirib

Mənbə: HaberTürk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et