Eyni dərman fərqli insanlarda fərqli təsir göstərə bilər. Bunun bir neçə əsas səbəbi var.

Yaş faktoru dərman təsirinə böyük rol oynayır: körpələrdə və yaşlılarda dərmanlar daha güclü və uzun müddətli təsir göstərə bilər, çünki böyrək və qaraciyər funksiyası fərqlidir. Dərmanların qarşılıqlı təsirləri də fərqli reaksiyalara səbəb ola bilər; məsələn, bəzi dərmanlar birlikdə qəbul ediləndə təhlükəli yan təsirlər yarada bilər. Xəstəliklər də dərman təsirini dəyişir – qaraciyər və böyrək xəstəlikləri dərmanı daha uzun müddət bədəndə saxlayaraq toksikliyə səbəb ola bilər, migren isə dərmanın udulmasını çətinləşdirə bilər.
Həyat tərzi və vərdişlər, məsələn siqaret çəkmək, dərmanların bədəndən çıxma sürətini artıraraq dozanın dəyişməsini tələb edə bilər. Pəhriz də dərmanların təsirini dəyişə bilər; bəzi qidalar dərmanı daha sürətli metabolizə edərək təsirini azalda bilər. Günün vaxtı və bağırsaq mikrobları da dərmanın bədəndə necə işlədiyini təsir edən digər faktorlardandır. Buna görə hər insanda dərman fərqli təsir göstərə bilər və həmişə həkim məsləhəti və məlumat vərəqəsi diqqətlə nəzərdən keçirilməlidir.
Mənbə: helencowan.co.uk
Tərcümə etdi: Arzu Qafarova
