Bu gün Bakı Ekspo Mərkəzində XI Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Tədbirdə dövlət rəsmiləri, tanınmış ziyalılar, yazıçılar, nəşriyyat nümayəndələri və oxucular iştirak ediblər.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək kitabın xalqları və mədəniyyətləri birləşdirən körpü rolunu oynadığını vurğulayıb. O, belə sərgilərin oxu mədəniyyətinin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə sərgi çərçivəsində keçirilən debatlarda iştirak edib və gənclərlə fikir mübadiləsi aparıb.
XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində imza günləri, elmi-mədəni tədbirlər və müxtəlif təqdimatlar keçiriləcək.
Hazırladı: Gülay Bədirli
Bakıda XI Beynəlxalq Kitab Sərgisinin açılışı olub
1-10-2025, 23:26Paylaş