Bu gün:

Saxta günəş kremləri dəri xəstəliklərinə səbəb ola bilər


Akdeniz Universiteti Daxili Xəstəliklər Fakültəsi Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi Yılmaz günəşin həyat mənbəyi olduğunu, lakin intensiv olduğu zaman başda yanıqlar və xərçəng riski olmaqla bir çox problemlər yarada biləcəyini söyləyib.

Günəş kreminin təsiri 30 dəqiqə sonra başlayır 

Açıq dərili və rəngli gözlü insanların günəş şüalarından daha çox təsirləndiyini qeyd edən Yılmaz: "Günəşdən qorunmaq üçün mümkün qədər papaq və uzunqol geyinməyi, günəşin qızmar saatlarında çölə çıxmamalarını tövsiyə edirik",- deyə vurğulayıb.  

10:00 və 16:00 günəşin qızmar olduğu və çölə çıxmaq məcburiyyətində olanlar üçün günəşdən qoruyucu krem istifadə etmələrini tövsiyə edirik. Günəşdən qoruyucu kremlər üçün 30 faktor kifayətdir. Daha çox faktora sahib olanlar arasında təsirlilik baxımından böyük fərq yoxdur. Faktorun çoxluğu bəzi kimyəvi maddələrdə bir az daha artım deməkdir.

Günəş yanıqlarına bunları vurmaq olmaz 

Günəş yanıqlarının ciddi bir hal olduğunu ifadə edən Yılmaz qeyd edib: "Günəş qoruyucu kremi istifadə etmədən uzun müddət çöldə qalsanız, xüsusilə də, kürək nahiyəsində ciddi baloncuqlar və qızartılar ola bilər. Belə hallarda qatıq, tomat pastası və ya kimi məhsullardan istifadə etmək yanlışdır. Diş məcunu infeksiya riskini artıracaq, qalıcı çapıq və ləkələr riskinə səbəb olacaq. Belə situasiyalarda həkimə müraciət etmək lazımdır".

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Nazim 


Paylaş
Şərh əlavə et