Bu gün:

Floridadakı qasırğa yüz illərlə qədim olan qayıq üzə çıxarıb


Floridada baş verən İan qasırğasından sonra edilən son kəşf, böyük ehtimalla XVI əsrə aid olub, kökləri Karib dənizi bölgəsinə qədər gedib çıxır.

Ştat arxeoloqları, Fort Myersdə bir sakinin 2022-ci ildə İan qasırğasından sonra təmizlik zamanı tapdığı qədim taxta kanoe üçün diqqətlə aparılan qoruma prosesini başa çatdırıblar.

Bu kano, Florida Tarixi Resurslar İdarəsi tərəfindən qeyd olunan və ya qorunan, minlərlə il əvvələ aid təxminən 450 taxta qayıq və kanoe siyahısına əlavə edilib. Lakin rəsmilərin bildirdiyinə görə, bu nümunə fərqlidir, çünki həm gördükləri ilk maun ağacından hazırlanmış kanoedir, həm də böyük ehtimalla Florida xaricində, yəni Karib bölgəsində istehsal edilmiş ilk nümunə ola bilər.

Həssas vəziyyətdə olan 2,7 metrlik kanoenin yaşı karbon təyini və digər elmi üsullarla araşdırılır. Tədqiqatçılar, bunun XVI əsrdə bölgəyə gəlmiş İspan işğalçıları tərəfindən hazırlanmış bir oyma kanoe (dugout cayuco) ola biləcəyini nəzərdən keçirirlər.

Florida ştatının vitse-prezidenti, arxeoloq Sam Wilford deyir: "Bunu kolleksiyamızdakı və əvvəldən qeydə alınmış kanolarla müqayisə etdik və çox qeyri-adi bir forması olduğunu gördük. Bu isə bizə onun Floridadan olmadığını düşündürən ilk ipucu olub" .

Florida, Qərb Yarımkürəsində qədim kano kəşflərinin ən çox edildiyi yerlərdən biridir. Rəsmilər bildirirlər ki, 200-dən çox fərqli sahə qeydə alınıb. Bu kanoların əksəriyyəti isə ştatın böyük hissəsini əhatə edən ərazilərdə, xüsusilə Florida Everglades bataqlıqlarında yaşayan Mikosuki və Seminole kimi Yerli Amerika qəbilələri tərəfindən hazırlanmış və istifadə olunub. 

Ən qədim kano Orlando yaxınlığında kəşf edilib və Orta Arxayik dövrə, təxminən 7.000 il əvvələ aid olduğu hesab olunur.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et