Bu gün:

Cib telefonu ilə yatmağın zərərləri


Əvvəl yalnız zəng etdiyimiz telefonlar, inkişaf edən texnologiya ilə bu gün bizim bir parçamıza çevrilib. Biz bütün gündəlik işlərimizi telefonla görürük və rahatlığımıza baxırıq. Başqa sözlə desək, bu , telefonun həyatımıza gətirdiyi vərdişdir. Bununla belə, telefondan istifadə edərkən balansı qorumaq  lazımdır. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yuxu zamanı telefondan ən azı 1 metr aralıda olmaq lazımdır, çünki yatanda  telefonunuzun yanınızda olmasının bir çox zərərləri var'


1.Yuxu pozğunluğu yaradır


Cib telefonu ilə yatmaq əslində, yatmamaq deməkdir. Cib telefonunuz yaxınlıqda olduqda beyniniz yuxuya gedə bilmir, davamlı olaraq nəsə olacağını gözləyir, ən kiçik səsin telefon bildirişi olduğunu zənn edir və gözünüzü açan kimi sosial şəbəkələrə baxmağa sövq edir. Gecələr rahat yuxuya gedə bilmədiyiniz zaman gün ərzində yuxusuzluq, stress, diqqət çatışmazlığı, baş ağrısı kimi problemlərlə üzləşirsiniz.


2.Yanğın təhlükəsi daşıyır


Bir çox insanlar gecə yatarkən telefonun tam enerji ilə dolmasını istədiyi üçün telefonu adapterə qoşulu şəkildə yatırlar. Yatdığınız zaman enerji yığan telefonu yastığınızın altına qoysanız, təhlükə ilə üz-üzə qala bilərsiniz. Elektrik cərəyanının təsiri ilə isinən telefon partlaya bilər.


3.Xərçəngin yaranmasına səbəb olur


Siz yatsanız belə, telefonunuzun yaydığı elektron dalğalar, radiasiya sizə zərər verməyə davam edir. Bu dalğaların radiasiya təsiri ürək ritminə, bioloji saata, stress səviyyəsinə və xərçəngin əmələ gəlmə riskinə təsir göstərir.


4.Kabuslar görməyə səbəb olur


Pis yuxular görməkdən və rahat yata bilməməkdən şikayət edirsinizsə, əsl problem, bəlkə də, yuxu zamanı yatağınızın yanında olan mobil telefondur. Cib telefonunun davamlı şüalanması beyninizə mənfi təsir edərək kabus görməyinizə səbəb olur. 


Mənbə: Migros


Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et