Bu gün:

Körpələrin bədən dili


Uşaqlar 0-1 yaşlarında danışmadıqları üçün  bədən dilindən istifadə edərək istədiklərini söyləyirlər. Bu, yeni valideyn olanlar üçün çətindir, lakin uşağı səbirlə müşahidə etməklə nə demək istədiyini başa düşmək mümkündür. 

Körpə ilk üç aydan sonra ətraf mühitə maraq göstərər. Ətrafa baxır, hərəkət edən cisimləri izləyir, valideyninin üz ifadələrini təqlid edir, buna uyğun reaksiya verər.

1. Körpə qışqırıqlarının çoxu aclıq, qaz və ya altının çirkli olması ilə bağlıdır.


2. Qarnı tox, rahatdırsa, özünü yaxşı hiss edirsə, əllərinin bağlı olmasından bunu anlamaq olar.


3. Depressiya hiss edirsə, ağlayır və gözlərini möhkəm bağlayır.


4. Uşağın narahatlığını alnını, üzünü qırışdırması və gözlərini yumması ilə başa düşə bilərik.


5. Körpənin qazı olduqda üzü qızarır, ayaqlarını qatlayır. Bu vəziyyətdə qazı çıxarmağa çalışır. Körpəni eyni vəziyyətdə saxlayaraq qarın və kürəyi masaj edərək kömək edə bilərik.


6. Xoşbəxt olanda göz təması qurur. Ona qayğı göstərən ana və ya atanın üz ifadələrini təqlid edə bilər.


Mənbə: hüriyyet.com.tr

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et