Bu gün:

Həm arıqladır, həm də ödəmdən xilas edir


İnsan bədənində uyğunlaşmaq və daha enerjili hiss etməyə mane olan ödəmin yaranmasından qurtulmaq üçün istifadə edə biləcəyiniz müxtəlif reseptlər var. Bu təbii reseptləri sınamaqla siz asanlıqla arıqlaya və sağlam yaşaya bilərsiniz. 

İnsan sağlamlığına təsir edən möcüzəvi qidalardan olan cəfəri salat və yeməklərdə üstünlük təşkil etdiyi zaman sap istifadə olunmur. Ancaq araşdırmalar cəfəri sapının ən az cəfəri yarpaqları qədər faydalı olduğunu göstərib. Cəfəri sapını atmaq yerinə, bitki çayı hazırlayıb içə və bütün faydalarından bu şəkildə istifadə edə bilərsiniz. 

Cəfəri sapından hazırlanan çayı evdə rahatlıqla hazırlayıb içərək sağlam həyata addım ata bilərsiniz. Cəfəri sapı çayı hazırlamaq üçün sadəcə cəfərinin gövdəsini ayırıb 1 stəkan su ilə  gövdələri 10 dəqiqə qaynatmaq kifayətdir. Sapları suda saxlamaq üçün 2-3 hissəyə kəsmək daha faydalı olacaq. Qaynadıqdan sonra gövdələrini süzüb çayı içə bilərsiniz. Cəfəri sapının çayını içərkən həm ətir vermək, həm də faydasını artırmaq məqsədi ilə qaynadıqdan sonra içinə bir neçə damcı limon sıxa bilərsiniz. 

Cəfəri sapının faydaları:

Bədəni xərçəngdən qoruyur

Cəfəri sapı çayı yüksək antioksidant dəyərlərə malik bitki çayıdır. Bu sayədə toksinlərin çıxarılmasına kömək edən cəfəri sapı çayı həm də DNT-nin zədələnməsinin və xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

İmmuniteti gücləndirir

Tərkibindəki antioksidant dəyərlər və vitaminlər sayəsində cəfəri sapı çay kimi istifadə edildikdə orqanizmi iltihablardan təmizləyir, toksinləri çıxarır və beləliklə də, xəstəliklərin qarşısını alır. Cəfəri sapı çayı mütəmadi olaraq içildikdə orqanizmi təmizləyir və xüsusilə, qış aylarında xəstəlik riskini azaldır.

Ödəmi artırır və arıqlamağa səbəb olur

Cəfəri sapı çayı tərkibindəki su və lif balansı və sağlam vitamin dəyərləri sayəsində ödəmin bədəndən çıxarılmasını asanlaşdırır. Cəfəri sapı çayı böyrəklərin daha aktiv işləməsini təmin edir və ifraz tələbini tənzimləyir. Bu sayədə arıqlamağı asanlaşdıran cəfəri sapı çayı toksinlərin atılmasına kömək edərək bazal maddələr mübadiləsinin də sürətlənməsinə töhfə verir.

Mənbə: Haber global 

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et