Bu gün:

Başgicələnməyə nə səbəb olur?


Nevrologiya Mütəxəssisi Dos. Dr. Faiq İlik: “Başgicəllənmə xəstəlik olmasa da, tarazlıq sistemindəki problemdən qaynaqlanan bir əlamətdir. Başgicəllənmə şikayəti olan xəstələr tez-tez təcili yardıma müraciət edən qrupdur və bu şikayət xoşxassəli bir xəstəlik ya da həyati təhlükəsi olan bir xəstəlikdir”.

Xalq arasında başgicəllənmə olaraq bilinən xoşxassəli mövqe paroksismal vertigo təkrarlanan başgicəllənmənin ən çox görülən səbəbidir.  

Başgicəllənmə qısamüddətli və şiddətlidir. Səhər oyandıqda daha şiddətli olur. Xəstələrdə gün ərzində yuxu da ola bilər. Simptomlar bir müddət sonra azalsa da, aylar və ya illər sonra təkrarlana bilər. Diaqnozda kömək edəcək ən əhəmiyyətli məqam həkim tərəfindən ediləcək mövqe testidir.

Başgicəllənmənin müxtəlif səbəblərdən qaynaqlana biləcəyini vurğulayan Dos. Dr. İlik baş gicəllənməsi olan xəstələrdə hipertoniya, diabet, siqaret kimi serebrovaskulyar( baş- beyin xəstəlikləri) xəstəliklər üçün risk faktorları və müayinədə nevroloji tapıntılar varsa, radioloji görüntüləmə aparılmalı olduğunu qeyd edib. Bu görüntülər tomoqrafiya və maqnit rezonans görüntüləmə kimi müayinələrdir.

Diaqnozdan sonra epley müalicəsi effektiv müalicəni təmin edir. Xəstələrdə müalicədən sonra bir müddət başgicəllənmə ola bilər. Bu səbəbdən terapevtik epley müalicəsi nəzarətlərlə təkrarlanmalıdır.

Mənbə: CNNtürk

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et