Premyer Liqanın 6-cı turunda “Manchester City” öz meydanında “Burnley”i 5:1 hesabı ilə məğlub edib.
“Şəhərlilər”in qollarını 12-ci və 65-ci dəqiqələrdə Maksim Esteve (öz qapısına), 61-ci dəqiqədə Mateus Nuneş, eləcə də 90-cı və 90+3-cü dəqiqələrdə Erling Haaland vurub.
Qonaqların yeganə qolunu isə 38-ci dəqiqədə Antoni qeyd alıb. Bu qələbə ilə “Manchester City” xallarını 10-a çatdırıb, “Burnley” isə 4 xalda qalıb.
Mənbə:TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə