Bu gün:

Pəhriz saxlamadan sağlam qidalanmaq olarmı?


Düzgün qidalanmaq özünüzə edə biləcəyiniz ən böyük yaxşılıqdır. Sağlam pəhriz, əslində, sağlam qidalardan çox fiziki fəaliyyət və zehni balans tələb edir.

Gəlin birlikdə qidalanma, idman və yaxşı hiss etməyi unutmadan sağlam pəhrizə necə nail ola biləcəyimizi araşdıraq.

Qidalanma vərdişlərinizi izləyin

Sağlam qidalanmaya doğru addım atmaq üçün etməli olduğunuz ilk şey yediklərinizi müşahidə etməkdir. Pəhriz etmədən və vacib qidaları həyatınızdan çıxarmadan sağlam qidalanmağa inanın. Əsas yeməklərdə və qəlyanaltılarda yediyiniz zərərli qidalardan xəbərdar olun. Onları əvəz edə biləcəyiniz qidalar tapın, ən əsası, səhər yeməyini qaçırmayın. Yaxşı yemək vərdişləri əldə etmək sizi əla hiss etdirəcək.

Su içməyi artırın

İçməli su ümumi sağlamlıq üçün çox vacibdir. Məqsədiniz nə olursa olsun, su içməyi unutmayın. Qəhvə, çay, qazlı içkilər əvəzinə,  yalnız su içməyə çalışın.

Şəkər və şəkərli qidaları az yeyin

Qidalardakı şəkər iki mühüm mənbədən gəlir: Biri, təbii olaraq, qidadan gəlir (meyvə və süd şəkəri kimi), digəri isə şəkər əlavə edilir. Əlavə edilmiş şəkərlər boş enerji mənbəyi kimi görülür. Həddindən artıq yeyildikdə piylənmə və başqa xəstəliklər yaradır. Çay və qəhvə kimi içkiləri şəkərsiz içərək ilk addımı ata bilərsiniz.

Hər yeməkdə təzə tərəvəz və meyvə yeyin

Fərqli tərəvəz, meyvələrdə müxtəlif miqdarda və növdə vitamin, qida maddələri var. Bu vitaminlər xərçəngin qarşısının alınmasında, orqanizmin xəstəliklərə qarşı gücləndirilməsində, zəhərli maddələrin  qarşısının alınmasında rol oynayır. Müxtəlif rəng və növdə meyvə və tərəvəzləri yeyərək bütün bu müsbət təsirlərdən faydalana bilərsiniz.

Qlütensiz makaron seçin

Öz pəhrizinizə qlütenə həssas çölyak xəstələri üçün xüsusi olaraq istehsal edilən makaron əlavə edə bilərsiniz. Qlütensiz makaron lif qəbulunuzu artıracaq, sizə daha uzun müddət toxluq hissi bəxş edəcək,həzminizi asanlaşdıracaq. Həmçinin şəkər və insulin səviyyələrinizi daha nizamlı edəcək.

Tam taxıllı qidalar yeyin

Bu qida qrupu ölkəmiz üçün çox vacibdir.Türk mətbəxində çörək kifayət qədər çox yeyilir. Təəssüf ki, klassik çörəyin sağlamlığımız üçün çox da faydası yoxdur, çünki bildiyimiz çörəyi hazırlayarkən emal olunmuş buğdadan alınan undan istifadə olunur.

Mənbə : Macromore

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş