Bu gün:

Parasetamolun hamiləlikdə istifadəsi təhlükəlidirmi?


ABŞ Prezidenti Donald Tramp bildirib ki, hamiləlikdə parasetamol (Tylenol) istifadəsinin autizm riskini artırdığına dair narahatlıqlar var və bu mövzuda qadağa xarakterli səhiyyə tövsiyəsi yayımlanacaq.

O, hətta hamiləlikdə ağrıkəsiciyə ehtiyacı olan qadınlara “biraz da dözün” deyə məsləhət verib. Trampın sözlərinə görə: “Autizm tamamilə nəzarətdən çıxıb. Məncə, bunun bir səbəbi var". 

Bir araşdırma göstərib ki, hamiləlik dövründə parasetamol istifadəsi ilə autizm arasında zəif də olsa əlaqə ola bilər.

Tylenol ABŞ-də “asetaminofen”, Türkiyə və digər ölkələrdə isə “parasetamol” adı ilə tanınan, reseptsiz satılan ağrıkəsicidir. Dünyada ən çox istifadə edilən dərmanlardan biridir və uşaqlar üçün də xüsusi formaları var.

Beynəlxalq həkim birlikləri və səhiyyə qurumları bu dərmanın hamiləlikdə istifadəsini əsasən təhlükəsiz hesab edirlər. ABŞ Qadın Xəstəlikləri və Doğum Həkimləri Birliyi (ACOG) bildirir ki, indiyədək aparılan tədqiqatlarda parasetamolun hamiləlik dövründə düzgün istifadəsinin dölün inkişafında problem yaratdığına dair qəti sübut tapılmayıb.

Mənbə: BBC

Tərcümə: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et