Bu gün:

Kallas: ABŞ-nin dəstəyi olmadan Avropa Ukraynaya kömək edə bilməz


Avropa, Vaşinqtonun iştirakı olmadan Kiyevə dəstək göstərə bilməz. Bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Politico-ya müsahibəsində deyib.

Tramp qətlləri dayandıracağına söz verən şəxs idi. Ona görə də məsuliyyət tamamilə bizim üzərimizdə ola bilməz”, – Kallas bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ NATO-nun ən böyük üzvüdür: “Əgər NATO-nun nə etməli olduğundan danışırsınızsa, bu, eyni zamanda Amerikanın nə etməli olduğu deməkdir”.

Bundan əvvəl Financial Times yazıb ki, Tramp bir neçə ay ərzində Ukraynanı Rusiyaya itirilən ərazilərdən imtina etməyə təzyiq edib. Son dövrlərdə isə ABŞ lideri ritorikasını dəyişərək bildirib ki, Kiyev bütün ərazilərini Avropanın dəstəyi ilə geri qaytarmaq uğrunda mübarizə apara bilər.

Qəzetin mənbələrinə görə, Avropa İttifaqı liderləri belə nəticəyə gəliblər ki, Tramp artıq etibarlı müttəfiq deyil. Lakin bəzi hökumətlər onun mövqeyini daha pozitiv qiymətləndirir.

Mənbə: TASS

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et