24Media.az-ın budəfəki müsahibi ailə və uşaq psixoloqu-psixoterapevt Aynur İsmayılovadır. O, insanların aqressiv və dözümsüz davranışlarının səbəblərindən danışıb.
İnsanların daha tez əsəbləşməsi, aqressiv və dözümsüz davranışlarına səbəb nədir?
Müasir həyat tərzi, sosial media, iqtisadi çətinliklər və ya fərdi psixoloji faktorlar bu davranışların formalaşmasında rol oynayırmı?
Müasir dövrdə insanlar daha tez aqressivləşən və bəzi hallarda dözümsüz davranışlar sərgiləyən bir toplum halına gəliblər. Bunun bir çox sosial səbəbləri ilə yanaşı, istifadə etdiyimiz texnoloji vasitələrin – elektrik cihazlarının, xüsusilə də telefonların – sürətli işləməsi də mühüm rol oynayır. Biz bu süni sürətə alışdıqca səbrimiz daralır və nəticədə aqressiya artır. Sosial medianın çox istifadəsi də bu prosesi gücləndirir. Orada hər şeyin sürətlə baş verdiyini görürük, lakin real həyatda hadisələrin normal axını müəyyən vaxt tələb edir. İnsanlar süni sürətə o qədər adaptasiya olurlar ki, həyatdakı təbii gedişata qarşı dözümsüzlük göstərirlər və aqressivləşirlər.
Bununla belə, psixoloji seanslar vasitəsilə bu cür halların aradan qaldırılması mümkündür. Əgər insanlar sosial mediadan daha az istifadə edib, canlı ünsiyyətə daha çox üstünlük versələr, həm aqressiyanın azalmasına, həm də dözümlülüyün artmasına nail ola bilərlər.
Çinarə Tarverdiyeva