Fransa 1-ci Futbol Liqasının (Ligue 1) 5-ci turunda keçirilməsi planlaşdırılan “Olimpik Marsel”–“Paris Saint-Germain” (PSJ) qarşılaşması əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Ligue 1-in açıqlamasına görə, Bakı vaxtı ilə 21:45-də “Olimpik Marsel”in meydanı “Velodrome” stadionunda keçirilməli olan oyun Bouches-du-Rhone prefekti Georges-François Leclercin qərarı ilə təxirə salınıb.
Prefektura oyunun bu gün keçirilməməsi səbəbləri sırasında azarkeşlərin nəqliyyat vasitələrini yanlış vaxtda götürmək təhlükəsini, oyundan öncə yola çıxacaq azarkeşlərin intensiv hərəkətliliyini, həmçinin oyun zamanı azarkeş və futbolçular üçün yarana biləcək fırtına riskini göstərib.
Açıqlamada qarşılaşmanın hansı tarixdə keçiriləcəyi ilə bağlı dəqiq məlumat verilməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə