Bu gün:

İngiltərə, Kanada və Avstraliya Fələstin dövlətini tanıdıqlarını elan ediblər


İngiltərənin Baş naziri Kir Starmer “X” platformasında yayımladığı video müraciətdə bildirib: "Yaxın Şərqdə artan dəhşətlər fonunda biz sülhü və iki dövlətli həll imkanını yaşatmaq üçün hərəkətə keçirik. Bu isə yaşaya bilən bir Fələstin dövləti ilə yanaşı, təhlükəsiz İsrail deməkdir. Hazırda isə bu ikisinə də sahib deyilik".

Daha sonra Starmer Fələstin dövlətinin tanınmasının zamanının çatdığını vurğulayaraq deyib: "Bu gün bu böyük ölkənin baş naziri olaraq, sülh və iki dövlətli həll ümidi naminə Birləşmiş Krallığın Fələstin dövlətini rəsmi olaraq tanıdığını aydın şəkildə bəyan edirəm".

O, həmçinin əlavə edib ki, bu qərar "Hamas üçün bir mükafat deyil", çünki bu açıqlama eyni zamanda "Hamasın gələcəkdə nə hökumətdə, nə də təhlükəsizlik sahəsində heç bir rolu olmayacağı" mənasını verir.


Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et