İtaliyanın Rimini şəhərində oktyabr ayında keçiriləcək TTG Səyahət Təcrübəsi Sərgisində İsrailin stend açmasına icazə verilməyəcək.İtaliya mediasının məlumatına görə, sərgini təşkil edən Italian Exhibition Group (IEG) bu qərarı Rimini meri Camil Sadexolvaad və Emilia-Romagna bölgə rəhbəri Mikkele de Paskalenin məktublarına əsasən qəbul edib. Onlar məktublarında, İsrailin Qəzzadakı hücumlarına görə sərgidə iştirakını “uyğunsuz” adlandırıblar.
Beləliklə, İsrail turizm sektorunun ən böyük tədbirlərindən birindən rəsmən kənarlaşdırılıb.
Xatırladaq ki, Sadegholvaad və De Paskale sentyabrın 18-də sərgi rəhbərliyinə müraciət edərək, 8-10 oktyabr tarixlərində Rimini şəhərində keçiriləcək sərgidə İsrail stendinin iştirakına yenidən baxılmasını tələb edib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva