Bəzi Avropa İttifaqı ölkələri, ABŞ-nin demək olar bütün Avropa ölkələrində sağçı partiyaları dəstəkləməklə müttəfiqlərinin daxili siyasətinə qarışmaq cəhdindən narahatdır. Bu barədə The New York Times mənbələrə istinadla xəbər verib.
Məlumata görə, ABŞ Rumıniya, Polşa və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin sağçı partiyaları ilə aktiv şəkildə əməkdaşlıq edir. Avropa rəsmiləri həmçinin Rumıniya və Fransa məhkəmələrinə qarşı ABŞ-nin hücumlarından narazılıq bildiriblər. Həmin məhkəmələr sağçı siyasətçilər əleyhinə qərar çıxarıb.
Rəsmilər qeyd ediblər ki, ABŞ Prezidenti Donald Tramp və onun komandası Avropa dünyagörüşünü tənqid edə bilər, lakin Aİ ölkələrinin daxili işlərinə açıq müdaxilə müttəfiqlər arasındakı münasibətlərdə qəbul olunmuş normalara ziddir.
Buna baxmayaraq, Brüssel təhlükəsizlik səbəblərinə görə Vaşinqtonla əməkdaşlığı davam etdirmək niyyətindədir. Məqalədə vurğulanıb ki, Trampa ictimaiyyət qarşısında xoş sözlər söyləyən Avropa liderləri, əslində, ABŞ-nin daxili işlərə müdaxiləsindən gizlincə narazıdırlar.
Mənbə: TASS
Tərcümə etdi: Nuray Əliyeva
