Bu gün:

Ukrayna: “Rusiyanın hava hücumu nəticəsində 3 nəfər ölüb, 26 nəfər yaralanıb”


Rusiya hərbçilərinin Ukraynada həyata keçirdiyi hava hücumu nəticəsində 3 nəfərin öldüyü, 26 nəfərin yaralandığı bildirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram hesabında yazıb ki, ruslar bu gecə ölkəsinin müxtəlif bölgələrinə hava zərbələri endiriblər.

Zelenski bildirib ki, Rusiya ordusunun, ümumilikdə, 40 ballistik və qanadlı raket və təxminən 580 pilotsuz uçuş aparatı atıb. 

Zelenski qeyd edib ki, ruslar bu hücumlarda Dnepropetrovsk, Nikolayev, Çerniqov, Zaporojya, Poltava, Odessa, Kiyev, Sumi və Xarkov vilayətlərində mülki infrastrukturu hədəfə alıblar. 

Mənbə: TRT Haber

Tərcümə etdi: Kəmalə Vəliyeva

Paylaş
Şərh əlavə et