E-oyunçusu olmaq üçün video oyunlarında bacarıq vacibdir, lakin təkcə bacarıq kifayət etmir. Maraqlı olmaq, daim çalışmaq və strategiya qurmaq da lazımdır.
E-oyunçusu olmaq üçün karyera hədəfinizə və şəxsi bacarıqlarınıza uyğun bir oyun seçməlisiniz. Bu addımdan sonra oyunun əsas dinamiklərini öyrənmək gəlir. Bunun üçün rəqəmsal platformalardan və ya təlimçilərdən faydalana bilərsiniz. Əsas biliklər əldə edildikdən sonra isə tez-tez məşq etmək çox önəmlidir. Məşq, oyuna daha çox alışmağınıza və incə detallarını kəşf etməyinizə kömək edir.
E-oyunçu komandasına qoşulmaq üçün nə etmək lazımdır?
İlk addım keyfiyyətli avadanlıqlara sahib olmaq və düzgün oyun seti qurmaqdır. Sonra isə ciddi məşq etməklə bacarıqları inkişaf etdirmək və müəyyən bir sahədə peşəkarlaşmaq vacibdir. Bacarıqlar formalaşdıqdan sonra komandaya qoşulmağın bir neçə yolu mövcuddur:
1. Komandalar e-oyunçular üçün seçimlər keçirir. Bu seçimlər adətən internet saytları və ya sosial şəbəkə hesabları vasitəsilə elan olunur. Siz bu elanları izləyərək seçimlərdə iştirak edə bilərsiniz;
2. Onlayn turnirlər də diqqətçəkən başqa bir seçimdir. Bir çox komanda bu turnirləri izləyir. Bu turnirlərdə uğur qazanaraq komandaların diqqətini cəlb edə və dəvət ala bilərsiniz;
3. Komandalardakı e-oyunçunun yerinə keçmək də başqa bir seçimdir. Komandadan ayrılan və ya karyerasını bitirən oyunçuların mövqelərinə müraciət edə bilərsiniz.
E-oyunçu olmaq üçün lazım olan avadanlıqlar
E-oyunçu peşəkar kompüter sistemi qurur. Bu sistem ən müasir texniki hissələri özündə cəmləyir. E-oyunçusu kimi peşəkar karyera qurmaq üçün ümumilikdə aşağıdakı avadanlıqlara ehtiyac var:
1. Yenilənmə sürəti yüksək olan e-idman monitorları oyuna diqqəti toplamaq baxımından vacibdir. Seçim edərkən avadanlıq xüsusiyyətlərinə diqqət yetirmək lazımdır;
2. Klaviatura oyun zamanı istiqamətləndirmə və ünsiyyət üçün böyük əhəmiyyət daşıyır. E-oyunçu klaviaturadan, düymələrdən daha rahat istifadə etməyə imkan verərək oyun zamanı ünsiyyət və rəqabətdə üstünlük təmin edir;
3. Oyunçu üçün mouse pad də vacib avadanlıqlar arasında yer alır. Siçanı düzgün idarə etmək üçün uyğun səth təmin edilməlidir. Mouse pad-in sürüşməz olması və rahat istifadə təklif etməsi önəmlidir;
4. Qulaqlıq oyun zamanı ünsiyyət və səs keyfiyyəti baxımından əvəzsiz avadanlıqdır. Bu avadanlığı seçərkən səs-küyün qarşısını alma və səs çıxışı keyfiyyətinə diqqət yetirmək lazımdır.
Mənbə: Hepsiburada.com
Tərcümə etdi: Aytac Musayeva
