Bu gün:

“Bu proses ancaq qadına aiddir”


“Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz”. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.

24media.az-ın budəfəki qonağı Cərrah Mama Ginekoloq Op.Dr Aynurə Abdullayevadır. O, süni mayalanmaya olan ehtiyacdan və onun təsirlərindən danışıb. 

-Süni mayalanmadan kimlər yararlana bilmir və bu proses uşağa təsir göstərirmi? 

Bir cütlükdə əgər beş il ərzində normal yollarla hamiləlik baş vermirsə, deməli, süni mayalanmaya ehtiyac var. Süni mayalanma üçün həm qadın, həm də kişi tərəfdən göstəriş olmalıdır. Məsələn, kişi tərəfdən aktiv spermatozoidlərin az olması, qadın tərəfdən isə boruların tam bağlı olması. Təsir baxımından kişilər üçün heç bir təsiri yoxdur. Bu proses ancaq qadına aid olan prosesdir. Sadəcə, qadına yüksək dərəcədə hormonal vurulduğu üçün gələcəkdə infaun xərcəngi ehtimalı var. Uşaqlığı çox kiçik ölçüdə olan qadınlar və spermatozoidlərin sayı 0 olan kişilər süni mayalanma prosesindən yararlana bilmir. Bu problem üçün də donora müraciət etmək mümkündür. Uşaqlar üçün isə heç bir əks təsiri yoxdur, hətta yeni yaranan yüksək texnologiyalar vasitəsilə genetik xəstəlikləri də aradan qaldıraraq yüksək nəticə əldə etmək mümkündür. 

24Media.az qeyd edir ki, ortalama olaraq ölkədə süni mayalanma tətbiq edilən klinikalarda ay ərzində 100 ailəyə süni mayalanma icra edilir. Ölkədə də 4 belə aktiv mərkəz var, nəticə etibarilə ay ərzində Azərbaycanda 400-450 süni mayalanma icra edilir. Bu say bir il ərzində 5000-5500 ola bilər. Son olaraq isə hesablarla deyə bilərik ki, süni mayalanma tətbiq edilən ildən bu günə kimi 85 000-90 000 süni mayalanma icra olunub.

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et