Milano-Cortina 2026 Qış Olimpiya Oyunlarının başlanmasına 141 gün qalıb. Olimpiya məşəlinin Yunanıstandan ev sahibi İtaliyaya səyahəti noyabr ayında başlayacaq.
Olimpiya ruhu 93 ölkədən 3 min 500 idmançının 16 gün davam edəcək mübarizəsində əks olunacaq. Olimpiya məşəlinin səyahəti isə hər zaman olduğu kimi Yunanıstandan başlanacaq.
Noyabr ayında yola çıxacaq məşəlin İtaliyadakı ilk dayanacağı 6 dekabrda paytaxt Roma olacaq. Məşəl 6 fevralda Milanoda keçiriləcək açılış mərasiminə qədər ümumilikdə 12 min kilometr yol qət edəcək.
İsrailin Fələstin qətliamına qarşı etiraz aksiyalarının İspaniya Veloturunun bəzi mərhələlərinin qısaldılmasına səbəb olmasının ardından diqqətlər Avropadakı digər mühüm idman tədbirlərinə yönəlib.
Mənbə: TRT Haber
Tərcümə etdi:Nigar Həsənzadə
