Bu gün:

Soyuq duş qəbul etməyin 5 Faydası



Soyuq duş qəbul etmək yüz illər boyu orqanizmi cavanlaşdıran bir üsul olsa da, heç bir xəstəliyin əsas müalicə mənbəyi deyil. Ancaq simptomları azaltmaqdan tutmuş, ümumi əhval-ruhiyyəni yaxşılaşdırmağa qədər müxtəlif faydaları vardır. Məsələn bədənimizi stressə qarşı daha davamlı edir. Hər gün cəmi 3 dəqiqə soyuq duş alaraq bu 4 faydadan yararlana bilərsiniz.

Enerjinizi artırır, depressiya və stressi azaldır

Depressiyanın müalicəsində məşhur müalicə yanaşmalarından biri elektroşok effekti verən “soyuq su”dur. Həftədə 2-3 dəfə 5 dəqiqə soyuq duş qəbulunun depressiya əlamətlərini aradan qaldırdığı elmi şəkildə sübut edilmişdir.

Soyuq su beyinə çoxlu elektrik impulsları göndərir. O, beyni zehni aydınlıq və enerji səviyyəsini artırmaq üçün oyadır. Xoşbəxtlik hormonları olaraq bilinən endorfinləri artırır və stres hormonunun - kortizolun səviyyəsini azaltmaqla yanaşı, rifah və optimizm vəziyyətini təmin edir. Bu sayədə günün sonunda yuxuya keçidi asanlaşdırır və yuxu keyfiyyətini artırır.

Maddələr mübadiləsini sürətləndirir

Araşdırmalar göstərir ki, fərdlərdə qəhvəyi yağın artıb ağ yağın azalması piylənmə və ürək xəstəlikləri riskini azaltmaqda mühüm rol oynayır. Sağlam qəhvəyi yağ səviyyəsi ağ yağın səviyyəsini göstərir və qəhvəyi yağ soyuqdan aktivləşir.

Həftədə 2-3 dəfə soyuq duş qəbul etmək maddələr mübadiləsini sürətləndirir. Bu vərdiş halına gəldikdə zamanla hormonal tarazlığı təmin edərək, piylənmə ilə mübarizə aparmağa kömək edə bilər.

Qan dövranını yaxşılaşdırır

Bədənimizi soyuq suya məruz qoymaq qıcıqlandırıcı olmaqla yanaşı, canlandırıcıdır. Soyuq su təbii bədən temperaturumuzdan daha soyuq olduğundan bədən əsas temperaturu saxlamaq üçün daha çox çalışır. Müntəzəm olaraq soyuq duş qəbul etmək qan dövranı sistemini effektiv edir, qan dövranını yaxşılaşdırır və sağlam dəri görünüşünü təmin edir. Ancaq idman yaralanmalarından sonra əzələ zədələndikdə və ya yırtıldıqda buzun iltihabı azaldan təsiri ilə eyni şəkildə hərəkət edir. Bədənin müəyyən hissəsinin hərarətini aşağı salaraq həmin bölgəyə daha isti, təravətli və oksigenli qanın axınını sürətləndirir və bununla da sağalma müddətini qısaldır. Xüsusilə qan dövranı pozğunluğu, yüksək təzyiq və şəkər xəstəliyi olan şəxslər soyuq duşun qan dövranını sürətləndirici təsirindən faydalanmalıdır.

İmmuniteti gücləndirir

Araşdırmalar göstərir ki, soyuq duş bədəni xərçəngin müəyyən növlərinə qarşı daha davamlı edə bilər. Soyuq su şoku qan dövranında leykositlərin ifrazını artıraraq infeksiyalarla mübarizə aparmağa kömək edir. Soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı müqaviməti təmin edir. Müntəzəm olaraq cəmi 3 dəqiqə soyuq duş qəbul edənlər tənəffüs yollarının infeksiyası riskini 30% azaldırlar.

Mənbə: Dr. Muhammed Keskin

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et