İngiltərə Premyer Liqasında "Liverpool" səfərdə "Burnley"i 1:0 hesabı ilə məğlub edib.
Çempionatın 4-cü turunda "Burnley" ilə "Liverpool" Turf Moor stadionunda üz-üzə gəlib. "Liverpool" matç boyu qatı müdafiə quran "Burnley" səddini aşmaqda çətinlik çəksə də, uzatma dəqiqələrində vurduğu qolla qələbə qazanıb.
Meydan sahibi komandada Lesley Ugochukwu 84-cü dəqiqədə ikinci sarı vərəqədən qırmızı kart alıb.
"Qırmızılar" liqada 4-də 4 edərək liderliyini davam etdirib. "Burnley" isə 3 xalla 17-ci pillədə qalıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
